Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin 02 oktyabr 2020-ci il tarixli qərarı ilə Assosiasiyaya üzv banklar ordumuza və cəbhə bölgəsində yaşayan vətəndaşlarımıza dəstək aksiyasına start vermişdir.
Eləcə də bax: Elman Rüstəmov bir aylıq maaşını Silahlı Qüvvələrə keçirib
Eləcə də bax: Silahlı Qüvvələrin Yardım Fonduna Vəsait Ayıran Banklar - SİYAHI
Assosiasiyadan FED.az-a daxil olmuş məlumata görə, 05 oktyabr 2020 ci il tarixinə banklar tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna ümumilikdə altı milyon manata yaxın vəsait köçürmüşlər.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.