Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti işğal altında olan torpaqlarımızın azadlığı, vətənin bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat məbləğində vəsait köçürülməsi barədə qərar qəbul edib və vəsait köçürülüb.
Bu barədə FED.az-a Mərkəzi Bankdan bildirilib.
AMB-dən o da bildirilib ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov bir aylıq əmək haqqını fonda ianə etmişdir. Mərkəzi Bankın əməkdaşları da bu könüllü tədbirdə fəal iştirak edirlər.