2023-cü ilin noyabrın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 2 861,9 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 650,4 milyon manat və ya 29,4% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin noyabrın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 2 211,5 milyon manat olub.