2025-ci ilin yanvarın 1-nə Azərbaycan banklarının cəmi ipoteka kredit portfeli 4 milyard 245,5 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
İpoteka kredit portfeli aylıq müqayisədə 46,9 milyon manat (1,1%), illik müqayisədə 616,3 milyon manat (17,2%) böyüyüb.
Qeyd edək ki, ümumi ipoteka kredit portfeli 2024-cü ilin dekabrın 1-nə 4 milyard 198,6 milyon manat, ötən ilin eyni dövrünə 3 milyard 629,2 milyon manat təşkil edib.