“İstədiyiniz kredit məbləğini əldə etməyiniz üçün Sizdən zamin tələb olunur” – bankların kredit məhsullarından faydalanan müştərilər ən azı 1 dəfə də olsa kredit mütəxəssisindən bu sözü eşidiblər. Zamin tələbi Banklar üçün kredit rikslərinin sığortalanması baxımından çox böyük əhəmiyyət kəsb etsə də, müştərilər üçün kabusa çevrilir.
Banklar kimlərə kredit vermir? – BANKİRLƏ MÜSAHİBƏ
Xüsusilə devalvasiyalardan sonra banklarda problemli kreditlərin həcminin artması səbəbindən bəzi kreditlər məhkəmə yolu ilə geri qaytarılırdı və bu zaman borcalanla bərabər zaminlər də məhkəməyə verilir və müvafiq tədbirlər görülürdü. Çox adam zamin qismində çıxış etməyin məsuliyyətini anlamır, lakin bir məqamı xatırlatmaq istərdik ki , borcalan və zamin öhdəliyin icrası baxımından qanun qarşısında eyni məsuliyyət daşıyırlar. Zamin tapmaq çox çətin bir proses olduğu üçün bəzən müştərilər ehtiyacları olduğundan daha az məbləği kredit götürməyə məcbur olurlar. Və ya zamin tələbləri daha yumşaq olan banklarda faiz və komissiyon haqqları daha yüksək olan kreditə müraciət edirlər. Bu mövzunun çox həssas mövzu olduğunu və kredit əldə etmək istəyən müştərilər üçün maraqlı ola biləcəyini düşünərək araşdırma etdik. Qeyd etmək istərdik ki, zaminlik tələbi şərtləri bankların reklamlarında adətən ən loyal formada əks edilir.
Yəni X Bankın saytında və ya hansısa xəbər portallarında gedən press-relizində “10 000 manata qədər zaminsiz” yazısı ilə rastlaşsanız heç də sevinməyin☺. Böyük ehtimalla bu şərt əmək haqqı məbləği nisbətən yüksək olan müştərilərə şamil edilir. Monitorinq qrupumuz bu araşdırmasında müvafiq zaminlik şərtlərini maksimum detallı şəkildə təhlil etməyə çalışıb. Qeyd edək ki, aşağıdakı cədvəldə olan məlumatların əksəriyyətini Bankların saytlarında və ya reklamlarında görə bilməzsiniz:
Bank | Maksimum kredit məbləği | Zaminlik şərtləri |
Amrahbank | 20 000 AZN | Kreditin məbləği 3000 AZN-dək olduqda zamin tələb edilmir. |
Azər – Türk Bank | 20 000 AZN | Əmək haqqı məbləğindən asılı olaraq dəyişir
600 AZN-dək olduqda – 3000 AZN zaminsiz 601 – 1500 AZN olduqda – 7000 AZN zaminsiz 1500 AZN-dən çox olduqda – 10 000 AZN zaminsiz |
Bank of Baku | 20 000 AZN | Əmək haqqı məbləğindən asılı olaraq dəyişir
500 AZN-dək olduqda – 3000 AZN zaminsiz 501 – 1000 AZN olduqda – 5000 AZN zaminsiz 1001 – 2500 AZN olduqda – 7000 AZN zaminsiz 2500 AZN-dən çox olduqda – 15 000 AZN zaminsiz |
Bank BTB | 10 000 AZN | Kreditin məbləği 3000 AZN-dək olduqda zamin tələb edilmir. |
Bank Respublika | 10 000 AZN | Əmək haqqı məbləğindən asılı olaraq dəyişir
400 AZN-dək olduqda – 1000 AZN zaminsiz 401 – 1000 AZN olduqda – 2000 AZN zaminsiz 1001 – 2000 AZN olduqda – 3000 AZN zaminsiz 2000 AZN-dən çox olduqda – 5 000 AZN zaminsiz |
Bank VTB | 10 000 AZN | Kreditin məbləği 3500 AZN-dək olduqda zamin tələb edilmir. |
Express Bank | 20 000 AZN | Əmək haqqı məbləğindən asılı olaraq dəyişir
1000 AZN-dək olduqda – 5000 AZN zaminsiz 1000 AZN-dən çox olduqda – əmək haqqının 7 misli zaminsiz |
Unibank | 20 000 AZN | Kreditin məbləği 15 000 AZN-dək olduqda zamin tələb edilmir. |
Rabitə Bank | 15 000 AZN | Əmək haqqı məbləğindən asılı olaraq dəyişir
1000 AZN-dək olduqda – 3000 AZN zaminsiz 1000 AZN-dən çox olduqda – 5000 AZN zaminsiz |
Nikoil Bank | 30 000 AZN | Kreditin məbləği 5 000 AZN-dək olduqda zamin tələb edilmir. |
Kapital Bank | 20 000 AZN |
|
Turan Bank | 10 000 AZN | Kreditin məbləği 2 000 AZN-dək olduqda zamin tələb edilmir. |