31 iyul 2022-ci il tarixinə olan bank sektorunun əsas göstəriciləri açıqlanıb.
Eləcə də bax: Azərbaycanın bank sektorundan 500 milyon manata yaxın - XALİS MƏNFƏƏT!
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 31 İyul 2022-ci il tarixində bank sektorunun cəmi aktivləri 41 milyard 589.7 milyon manat təşkil edib. Bu, İyun ayının sonu ilə müqayisədə 330.5 milyon manat və ya 0,8% azdır. 30 İyun 2022-ci il tarixində sektorun cəmi aktivləri 41 milyard 920.2 milyon manata çatmışdı.
Aktivlərdəki azalma əsasən Mərkəzi Bankda müxbir hesablardakı, nostro hesablardakı və banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlərin azalması ilə əlaqədardır.
Müştərilərə verilmiş cəmi kredirlər iyul ayında iyun ayının sonu ilə müqayisədə 167.4 milyon manat artaraq 18 milyard 487.4 milyon manata yüksəlib.
İyulda banklardakı cəmi depozitlər isə 381,6 milyon manat və ya 1,3% azalaraq 29 milyard 600,5 milyon manata düşüb. O cümlədən, hüquqi şəxslərin depozitləri 608.5 milyon manat azalaraq 18 milyard 955 milyon manata geriləyib. (Marja)