Bu ilin mart ayının sonuna Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfelinin həcmi 30 milyard 290,3 milyon manat olub.
Kredit kartlarının azalması AMB-nin qaydaları sərtləşdirilməsi ilə bağlıdır - Taleh Kazımov
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, kredit portfeli ötən ilin sonuna nəzərən 227,3 milyon manat və ya 0,8% artıb.
Ötən ilin birinci rübünün sonunda bankların kredit portfeli 2024-cü ilin sonu ilə müqayisədə 399,4 milyon manat və ya 1,5% artmışdı.
Yəni ötən ilin birinci rübü ilə müqayisədə bu ilin birinci rübündə banklar 172,1 milyon manat (43,1%) daha az kredit verib. 2025-ci ilin ilk üç ayında 399,4 milyon manat kredit verilmişdisə, bu ilin eyni dövründə bu məbləğ 227,3 milyon manat olub.














