Kredit kartlarının verilməsində azalmanın müşahidə olunmasını əmək haqqının 5 misli olması ilə bağlı qərarı tətbiq edəndə gördük.
AMB-nin kredit kartları ilə bağlı şərtləri sərtləşdirməsi özünü göstərir – KREDİT KARTI İSTİFADƏ EDƏNLƏRİN SAYI AZALIR
Bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov FED.az biznes və maliyyə xəbərləri portalının sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, kredit kartlarının azalmasının əsas səbəbi Mərkəzi Bankın bu qaydasıdır:
"Çünki bu sistem olmayanda əhali banklar tərəfindən həddindən artıq borclanır. Kredit kartları inanılmaz qədər böyük borclanma prosesi baş verib. Biz bunun qarşısını aldıq, çünki hansısa bir məqamda əhalinin izafi borclanmasının kəskin atmasına səbəb olurdu".














