“Bank VTB (Azərbaycan)” ASC-nin Audit Komitəsində yeni üzv seçilib.
Eləcə də bax: “Expressbank”ın Audit Komitəsinə - YENİ TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, bankın səhmdarlarının qərarı ilə Marina Rıbak Vladimirovna Audit Komitəsinin üzvü seçilib.
Buna qədər isə üzv kimi Mariya Viktorovna Furzikova vəzifədə idi.
Xatırladaq ki, “Bank VTB Azərbaycan” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315.8 milyon manatdır. Bankın səhmlərinin 99.999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0.000005%-i isə Adıgözəl Ağayevə (“Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.