2019-cu ilin mart ayında Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda əhalidən cəlb olunan manatla və xarici valyutada olan əmanətlər üzrə faiz dərəcələrinə yenidən baxılıb.
FED.az xəbər verir ki, araşdırmaya görə, manatla qəbul olunan depozitlərin dərəcələri “Bank Respublika”da - 10,50%-11,00%-dən 10,00%-10,50%-ə kimi endirilib.
ABŞ dolları ilə qəbul olunan birillik əmanətlər üzrə dərəcələr “VTB Bank”da – 2,20-2,30%-dən 2,70-2,80%-ə kimi artıb, “Accessbank”da – 2,30-3,00%-dən 0,80-1,50%-ə kimi azalıb. Sonuncu həmdə avroda olan depozitlərin dərəcələrinə dəyişiklik edərək 0,30-1,00%-dən 0,20-0,50% salıb.
Bütövlükdə banklar milli valyutada olan əmanətləri 5,25%-12,75% diapozonunda qəbul edir. Manat üzrə ən yüksək faizləri "Muğanbank", ən aşağı faizləri isə "Ziraat Bank Azərbaycan" təklif edir.
Eləcə də bax: Banklar pullarını kreditə yox, qiymətli kağızlara yatırırlar – AÇIQLAMA
Banklar dollar əmanətlərini 0,10%-3,00%-lə cəlb edirlər. Ən sərfəli faizləri yüz faiz xarici kapitallı "Accessbank", yerli "Amrahbank", "Atabank" , "Bank of Baku", "BTB Bank", "GünayBank", "NBC Bank" və "Nikoil Bank" təklif edir.
Avro əmanətləri üzrə ən yüksək faiz dərəcəsi “Ata Bank”da müəyyən olunub.
Məlumatların toplanmasında əsas kriteriya kimi vəsaitlərin 1 il müddətinə qəbul olunması, məbləğə olan minimal tələbin yuxarı həddinin 1 000 manatı aşmaması götürülüb. Bu baxımdan icmala "Premium Bank" (minimum məbləğ 50 000 AZN), "Paşa Bank" (30 000 AZN), və "Melli İran Bankı"nın Bakı fillialı (5 000 AZN) daxil edilməyib. "Pakistan Milli Bankı"nın Bakı filialının depozit qəbul etməsi haqda isə heç bir məlumat yoxdur.
Aşağıdakı cədvəldə Azərbaycanda fəaliyyət göstərən bankların əmanətlər üzrə təklif etdikləri faiz dərəcələri göstərilir: