Mərkəzi Bank tərəfindən bank zəmanətlərinin mərkəzləşdirilmiş reyestri (Reyestr) yaradılmış və kommersiya bankları tərəfindən dövlət satınalmaları üzrə verilən bank zəmanətlərinin Reyestrə real vaxt rejimində ötürülməsi təmin edilmişdir.
Mərkəzi Bank: "Borc dayanıqlılığının artırılması, inflyasiyanın saxlanılması müzakirəyə çıxarılır"
FED.az xəbər verir ki. bu barədə Mərkəzi Bankın yaydığı məlumatda bildirilir.
Eyni zamanda, müvafiq Qərarın icrası çərçivəsində Reyestr Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Dövlət satınalmalarının vahid internet portalına (https://etender.gov.az) inteqrasiya edilmiş və tenderlərdə iştirak edən sahibkarların istifadəsinə verilmişdir. Bununla da, Dövlət satınalmalarının vahid internet portalında keçirilən elektron satınalmada iddiaçı qismində çıxış edən fiziki və hüquqi şəxslər müvafiq bank zəmanətlərini portal vasitəsilə Reyestrdən real vaxt rejimində əldə edə və birbaşa satınalan təşkilata təqdim edə bilər.
Mərkəzi Bank maliyyə-bank xidmətlərini rəqəmsallaşdıraraq ölkədə biznes subyetklərinin maliyyə alətlərinə çıxış imkanlarının asanlaşdırılması və elektron maliyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində fəaliyyəti davam etdirir.