“Bank VTB (Azərbaycan)” ASC-nin departamentlərindən birinə direktor təyin edilib.
Eləcə də bax: “Bank VTB (Azərbaycan)”ın - İdarə Heyətinə Təyinat
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə əldə etdiyi məlumata görə, Vaqif Şərabçıyev bankın Rəqəmsal bankçılığa dəstək departamentinin direktoru təyin edilib.
V.Şərabçıyev, bu vəzifənin icrasına 2021-ci ilin sentyabrından start verib.
O, buna qədər “Bank of Baku” ASC-də çalışıb. Bu bankda 11 ilə yaxın təcrübəsi var. V.Şərabçıyev, “Bank of Baku”da 2010-cu ilin dekabrında mütəxəssis kimi başlamış, 2014-cü ilin yanvarından isə, şöbə müdiri və 2016-cı ilin iyunundan isə İnformasiya və texnologiyalar departamentinin direktoru kimi çalışmışdır.