«Bank VTB Azərbaycan» ASC pulu nədən qazanır?
FED.az Azərbaycanın aparıcı banklarından olan “Bank VTB Azərbaycan”nın gəlir mənbələrini təqdim edir.
"Bank VTB Azərbaycan"ın kredit portfeli 15%-dən - ÇOX BÖYÜYÜB
2023-cü ilin üçüncü rübünün nəticələrinə görə “Bank VTB Azərbaycan”ın gəlirləri 25 milyon 608 min manat təşkil edib. “Bank VTB Azərbaycan”ın göstəricilərindən aydın olur ki, ölkədə valyuta əməliyyatlarından ən çox gəlir əldə edən bankdır (ümumi gəlirlərdəki payına görə). “VTB Azərbaycan” valyuta əməliyyatlarından 3 milyon 833 min manat gəlir əldə edib ümumi gəlirlərin 15%-i . Ənənəvi bank biznesinə qayıtsaq, “Bank VTB Azərbaycan”ın kredit portfelindən əldə etdiyi gəlirləri 16 milyon 846 min manat olub. Bu bankın bütün gəlirlərinin 66%-i deməkdir. Daha 1 milyon 454 min manat isə komissiya haqlarından daxil olub, ümumi gəlirin 6%-i . “Bank VTB Azərbaycan” qiymətli kağızlar bazarından gəlir əldə edir, amma cüzi –814 min manat və ya cəmi ümumi gəlirin 3%-i. Əvəzində bank başqa maliyyə qurumlarına verdiyi kreditlərdən 2 milyon 204 manat manat gəlir əldə etməyi bacarıb – ümumi gəlirlərin 9%-i.
Digər faiz və qeyri-faiz gəlirləri isə “Bank VTB Azərbaycan” ümumilikdə 457 min mant əldə edib başqa sözlə ümumi gəlirlərinin 2%-i.
Ümumiyətlə, “Bank VTB Azərbaycan”ın gəlirlərinin 79%-i faiz, 21%-i qeyri-faiz gəlirlərindən ibarətdir. Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
16 846 |
66% |
QK-a investisiyadan gəlir |
814 |
3% |
Digər banklara depozitlərdən gəlirlər |
- |
- |
Digər banklara kreditlərdən gəlirlər |
2 204 |
9% |
Komissiya haqları |
1 454 |
6% |
Valyuta əməliyyatlarından gəlirlər |
3 833 |
15% |
Digər faiz gəlirləri |
283 |
1% |
Digər qeyri-faiz gəlirləri |
174 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
25 608 |
100% |