FED.az Azərbaycanın aparıcı banklarından olan “Bank VTB Azərbaycan”nın gəlir mənbələrini təqdim edir.
"Bank VTB Azərbaycan" 4,7 milyon manat mənfəət açıqladı - HESABAT
2024-cü ilin ikinci rübünün nəticələrinə görə nəticələrinə görə “Bank VTB Azərbaycan”ın gəlirləri 21 milyon 156 min manat təşkil edib.
“VTB Azərbaycan” valyuta əməliyyatlarından 4 milyon 18 min manat gəlir əldə edib ümumi gəlirlərin 19%-i qədər.
Ənənəvi bank biznesinə qayıtsaq, “Bank VTB Azərbaycan”ın kredit portfelindən əldə etdiyi gəlirləri 12 milyon 747 min manat olub. Bu bankın bütün gəlirlərinin 60%-i deməkdir.
Daha 996 min manat isə komissiya haqlarından daxil olub, ümumi gəlirin 5%-i .
“Bank VTB Azərbaycan” qiymətli kağızlar bazarından gəlir əldə edir, amma cüzi – 803 min manat və ya cəmi ümumi gəlirin 4%-i.
Əvəzində bank başqa maliyyə qurumlarına verdiyi kreditlərdən 1 milyon 315 min manat gəlir əldə etməyi bacarıb – ümumi gəlirlərin 6%-i.
Digər faiz və qeyri-faiz gəlirləri isə “Bank VTB Azərbaycan”ın ümumilikdə 1 milyon 277 min manat təşkil edib başqa sözlə ümumi gəlirlərinin 6%-i.
Ümumiyətlə, “Bank VTB Azərbaycan”ın gəlirlərinin 71%-i faiz, 29%-i qeyri-faiz gəlirlərindən ibarətdir. Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
12 747 |
60% |
Komissiya haqları |
996 |
5% |
Valyuta əməliyyatlarından gəlirlər |
4 018 |
19% |
QK-a investisiyadan gəlir |
803 |
4% |
Digər banklara depozitlərdən gəlirlər |
|
|
Digər banklara kreditlərdən gəlirlər |
1 315 |
6% |
Digər faiz gəlirləri |
230 |
1% |
Digər qeyri-faiz gəlirləri |
1 047 |
5% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
21 156 |
100% |