2025-ci ilin aprelin 1-nə Azərbaycanda banklar 253,3 milyon manat xalis mənfəət əldə edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu isə ötən ilin eyni dövrünə nisbətən 58,2 milyon manat və ya 18,7 % azdır. Ay ərzində isə 73,9 milyon manat (41,2%) artım baş verib.
Bu ilin martın 1-nə ayında bankların xalis mənfəəti 179,4 milyon manat, ötən ilin eyni dövründə isə 311,5 milyon manat təşkil edib.