Bu ilin aprelin 1-nə bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edib – cəmi öhdəliklərin 77.8%-i və ya 37,293.1 mln. manat.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, depozit portfelinin 60.5%-i (22,549 mln. manat) hüquqi şəxslərin, 39.5%-i (14,744.1 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
• Fiziki şəxslərin əmanətlərinin 66.4%-i (9,785.1 mln. manat) milli valyutada, 33.6%-i (4,959 mln. manat) xarici valyutadadır.
Fiziki şəxslərin əmanət portfelinin 61.1%-i (9,009.3 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri mart ayında 2.3% və ya 204.7 mln. manat artıb.
Hüquqi şəxslərin tələbli depozitləri 16,799.2 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.5%-ni təşkil edib.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 2025-ci ilin mart ayında ötən ilin müvafiq dövrünə nisbətən 2 faiz bəndi azalaraq 33.1% təşkil edib.