Bu ilin iyunun 1-nə Azərbaycanın bank sektorunun cəmi öhdəlikləri 49 milyard 690.3 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü (42 milyard 817.8 milyon manat) ilə müqayisədə 6 milyard 872.5 milyon manat və ya 16.1% artım deməkdir. Öhdəliklərin xarici valyutada olan hissəsi də 3 milyard 361.1 milyon manat (21.1%) artaraq 15 milyard 920.7 milyon manatdan 19 milyard 281.8 milyon manata yüksəlib.