Bu ilin iyunun 1-nə olan vəziyyətə görə, bankların qiymətli kağızlar portfelinin dəyəri 9 milyard 789.4 milyon manat olub.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü (7 milyard 697.1 milyon manat) ilə müqayisədə 2 milyard 092.3 milyon manat və ya 27.2% kəskin artım deməkdir. Portfelin xarici valyutada olan hissəsi isə 1 milyard 421.7 milyon manat (41.7%) artaraq 3 milyard 408.5 milyon manatdan 4 milyard 830.2 milyon manata çatıb.