Bank sektoru mart ayında 56 miyon manatlıq zərər açıqladı.
FED.az xəbər verir ki, sektorda mənfəət açıqlayan bankların sayı artsa da, ümumilikdə zərərlə çıxması maraq doğurur.
Eləcə də bax: Bir ayda 141 milyonluq mənfəətdən 56 milyonluq zərərə keçdi?!
Amma zərər açıqlayan bankların arasında VTB-nin göstəriciləri bütün sektorun mənfəətini “sildi”. Belə ki, VTB-Bank (Azərbaycan) birinci rüb üzrə 247 milyon 412 min manat zərər ortaya qoydu. Bu göstərici isə bank sektorunun ümumi nəticələrində yer aldığından mart ayı zərərlə ifadə olundu.
İlhamə Abdullayeva