2018-ci il aprel ayının 1-nə bank sektorunun zərəri 55,9 mln. manat təşkil edib. FED.az xəbər verir ki, cari ilin mart ayının 1-nə banklar 141 milyon manat mənfəətlə başa vurmuşdular.
Xalis faiz gəlirləri 276 milyon manat, qeyri-faiz xərcləri 242 milyon, əməliyyat mənfəəti 148 milyon, aktivlər üzrə mümkün zərərlər üçün ehtiyata ayırmalara 197 milyon manat olub. Vergilər ödənilənədək zərər 48 milyon manat olub. Mənfəətdən 7 milyon 7 min manat dövlət büdcəsinə ödənilib. Nəticədə zərər 55 milyon 9 min manata yüksəlib.
Bir ayda 141 milyonluq mənfəətdən 56 milyonluq zərərə keçdi?!
17:22
4 May 2018