31 may 2022-ci il tarixinə olan bank sektorunun əsas göstəriciləri açıqlanıb.
Eləcə də bax: Azərbaycanda problemli kreditlər - 26% AZALIB
FED.az Mərkəzi Banka istinadən təqdim edir.
Qeyd edək ki, 2022-ci ilin may ayında bank sektorunun cəmi aktivləri 1 milyard 222,3 milyon manat artaraq 41 milyard 371,5 milyon manata, müştərilərə verilmiş kreditlər isə 257,9 milyon manat artaraq 18 milyard 98,3 milyon manata çatıb.
Azərbaycanın bank sektoru 2022-ci ilin ilk 5 ayını 331,5 milyon manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə sektorun xalis mənfəəti 58,3 milyon manat və ya 21,3% artıb.Bank sektoru 2021-ci ilin ilk 5 ayını 273,2 milyon manat xalis mənfəət ilə bağlamışdı.