Bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 673,7 milyon manat təşkil edib.
Eləcə də bax: Ən çox güzəştli kredit verən bankların adları - AÇIQLANIB - SİYAHI
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 0,2 % azdır.
Ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 6,4%, son 1 ildə isə 25,7 % azalıb.
Mayın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,6% təşkil edib. Bu nisbət ötən ilin sonuna 4,2%, ötən il mayın sonuna isə 6% olub. (Report)