Bu il iyulun 1-i tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 60 milyard 940.4 milyon manat təşkil edib.
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,41% çoxdur.
Həmin dövrə bankların cəmi öhdəlikləri 53 milyard 294.8 milyon manat, balans kapitalı 7 milyard 645.6 milyon manat olub.
Təkcə iyun ayında bankların cəmi aktivləri 3%, cəmi öhdəlikləri 3.3%, balans kapitalı isə 1% artıb.















