Bu il iyunun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 31 260,8 milyon manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda aktivlərindən ən yaxşı istifadə edən banklar - MƏLUM OLDU - SİYAHI
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il iyunun 1-i ilə müqayisədə 5,4% çoxdur.
Bankların aktivlərinin 13 038,7 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 14,15% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 38,5%-dən 41,7%-ə yüksəlib.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 6,1% artaraq 26 701,3 milyon manata, o cümlədən depozit portfeli 6,5% artaraq 19 94 milyon manata çatıb. Bunun 7 551 milyon manatı fiziki, 12 398,3 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 11,45% azalıb, şirkətlərin banklardakı vəsaitləri isə 21,5% artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 73,6% artaraq 397,7 milyon manat olub.
Sektorun balans kapitalı isə 1,5% artaraq 4 559,4 milyon manat təşkil edib. (Report)