Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bank bu ilin I rübünü 167,7 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il aprelin 1-nə malik olduqları 31 538,3 milyon manat məbləğində aktivlərin 0,5%-i qədərdir.
Eləcə də bax: Azərbaycanda 5 bankın aktivləri - 1 MİLYARD MANATDAN ÇOXDUR
FED.az xəbər verir ki, ayrı banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-mart aylarından mənfəətlə çıxmış 22 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Kapital Bank" və "Express Bank" ASC-lər olub. Bu bankların əldə etdiyi mənfəət aktivlərinin 1,7%-ni təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" və "Express Bank" aktivlərinin məbləğinə görə ölkədə müvafiq olaraq 3-cü və 19-cudur.
Fəaliyyət effektivliyinə görə, 3-cü yeri isə "Naxçıvan Bank" ASC tutub. Bu bank ötən rüb aktivlərinin 1%-i qədər mənfəət əldə edib. Bu arada, "Naxçıvan Bank" aktivlərinin məbləğinə görə, 28 bank arasında 24-cü yerdə qərarlaşıb.
Mənfəətlə işləyən qalan 19 bankda isə sözügedən göstərici 0,1-0,9% arasında dəyişir.
|
№ |
Bankın adı |
Bankın rüblük mənfəətinin / zərərinin aktivlərinə nisbəti |
|
1 |
Kapital Bank |
1,7% |
|
2 |
Express Bank |
1,7% |
|
3 |
Naxçıvan Bank |
1,0% |
|
4 |
Premium Bank |
0,9% |
|
5 |
Bank VTB Azərbaycan |
0,8% |
|
6 |
Unibank |
0,8% |
|
7 |
Azərbaycan Beynəlxalq Bankı |
0,6% |
|
8 |
Bank of Baku |
0,5% |
|
9 |
Günay Bank |
0,5% |
|
10 |
AFB Bank |
0,4% |
|
11 |
Xalq Bank |
0,4% |
|
12 |
Access Bank |
0,3% |
|
13 |
Azərbaycan Sənaye Bankı |
0,2% |
|
14 |
Zıraat Bank Azərbaycan |
0,2% |
|
15 |
İran Milli Bankı - Bakı |
0,2% |
|
16 |
Bank Respublika |
0,2% |
|
17 |
Bank BTB |
0,2% |
|
18 |
Rabitəbank |
0,2% |
|
19 |
Turan Bank |
0,1% |
|
20 |
Azər-Türk Bank |
0,1% |
|
21 |
Bank Avrasiya |
0,1% |
|
22 |
PAŞA Bank |
0,1% |
|
23 |
Yapı Kredi Bank Azərbaycan |
-0,2% |
|
24 |
Muğan Bank |
-0,2% |
|
25 |
Pakistan Milli Bankı - Bakı |
-1,0% |
|
26 |
Yelo Bank |
-1,3% |
|
27 |
NBC Bank |
-0,1% |
|
28 |
AG Bank |
-0,2% |
Renkinq














