Ümumi olaraq Azərbaycanda bank sektorunda xanım əməkdaşların payı ortalama 38%, yuxarı və orta idarəetmə səviyyələrində isə müvafiq olaraq ortalama 11% və 17% olub.
Azərbaycanda banklar, sığorta və investisiya şirkətləri sorğuda iştirak etdi – NƏTİCƏLƏR
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının keçirdiyi “Dayanıqlı Maliyyə üzrə Sorğu” nəticələrində bildirilib.
Qeyd edək ki, sorğu nəticələrinə görə bank sektorunda fiziki qüsurlu əməkdaşların payı ortalama 1.5% təşkil edir. Yaş qrupları üzrə paylanmaya baxdıqda 71% əməkdaşların 21-40 yaş aralığında olduğu görünür.