Mərkəzi Bankın Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsinin implementasiyası çərçivəsində maliyyə institutları, o cümlədən banklar, sığorta şirkətləri və investisiya şirkətləri üzrə “Dayanıqlı Maliyyə üzrə Sorğu” həyata keçrilib.
Azərbaycan banklarının yeni strateji planını hazırlamaq üçün 6 ay vaxtı var
Bu barədə FED.az-a Mərkəzi Bankdan bildirilir.
Sorğunun məqsədi maliyyə institutlarının dayanıqlı maliyyə və ESİ (ekoloji, sosial və idarəetmə) prinsipləri üzrə məlumatlığının ölçülməsi, bu istiqamətdə aparılan, habelə aparılması planlaşdırılan tədbirlərin öyrənilməsi və ilkin indikativ məlumatların toplanması olmuşdur.
Sorğu nəticələrinə əsasən maliyyə institutları ESİ risklərinin təsirlərinin qısa müddətli dövrdə aşağı olacağını, orta və uzunmüddətli dövrdə təsirlərin orta və yüksək riskli zonaya tədrici miqrasiya edəcəyini gözləyir. Eyni zamanda, sorğu nəticələri maliyyə institutlarında ESİ risklərinin onların fəaliyyətinə təsirinin qiymətləndirilməsinə, habelə dayanıqlı maliyyə prinsiplərinə müvafiq layihələrin həyata keçirilməsinə başlandığını göstərir. Belə tədbirlərə günəş panellərinin qurulması və hibrid avtomobillərin əldə edilməsinin kreditləşdirilməsi və bütövlükdə, ESİ prinsiplərinin kredit qərarlarının qəbul edilməsi prosesində nəzərə alınması aid edilə bilər.
Maliyyə institutlarının dayanıqlı maliyyəyə keçid və ESİ prinsiplərinin tətbiqi üzrə başlıca gözləntiləri maarifləndirmə və məlumatlandırma tədbirlərinin davam etdirilməsi, hüquqi-normativ və tənzimləmə çərçivəsinin hazırlanması, hesabatlığın formalaşdırılması və əlverişli tənzimləyici çərçivənin tətbiq edilməsi istiqamətində olmuşdur.
Qeyd edək ki, dayanıqlı maliyyə üzrə sorğu mütəmadi olaraq aparılacaqdır.
Sorğu nəticələri üzrə hesabatla aşağıdakı linkdə tanış olmaq olar: