Bu ilin avqustun 1-nə olan məlumata görə, Azərbaycanın bank sektorunda ipoteka kreditlərinin ümumi həcmi 4 milyard 440,2 milyon manata çatıb.
FED.az-ın Mərkəzi Bankın statistikasına əsasən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 420,7 milyon manat və ya 10,5% artım deməkdir.
Belə ki, ötən il avqustun 1-də ipoteka portfelinin həcmi 4 milyard 19,5 milyon manat səviyyəsində idi.
Portfelin artımı ilin əvvəlindən və aylıq müqayisədə də müsbətdir. Ötən ilin sonuna nəzərən artım 194,7 milyon manat (4,6%), son bir ayda isə 10 milyon manat (0,2%) təşkil edib.
Xatırladaq ki, ipoteka kreditləri portfeli ötən ilin eyni dövründə 4 milyard 19,5 milyon manat, ötən ilin sonunda 4 milyard 245,5 milyon manat, bu ilin iyulun 1-də isə 4 milyard 430,2 milyon manat səviyyəsində idi.