Azərbaycanın kredit portfelinin ən böyük hissəsini təşkil edən biznes kreditlərinin həcmi avqustun 1-nə 15 milyard 55,8 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Banka istinadən bildirir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 145,7 milyon manat və ya 8,2% artım deməkdir.
Ötən il avqustun 1-də bankların biznes kreditləri portfeli 13 milyard 910,1 milyon manat təşkil edirdi.
Bununla belə, portfelin qısamüddətli dinamikası fərqlidir. Ötən ilin sonuna (14 mlrd. 787,2 mln. manat) nəzərən cəmi 268,6 milyon manatlıq (1,8%) artım olsa da, iyul ayı ilə müqayisədə biznes kreditləri 87,9 milyon manat (0,6%) azalıb.
Müqayisə üçün qeyd edək ki, biznes kreditləri portfeli ötən ilin eyni dövründə 13 milyard 910,1 milyon manat, ötən ilin sonunda 14 milyard 787,2 milyon manat, bu ilin iyulun 1-də isə 15 milyard 143,7 milyon manat təşkil edirdi.