Bu il sentyabrın 1-nə Azərbaycanın bank sektorunda fiziki şəxslərin depozitləri 12 276 milyon manat təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir .
Məlumata görə, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 1 644 milyon manat və ya 15,5% çoxdur.
2022-ci ilin sentyabrın 1-nə Azərbaycanın bank sektorunda fiziki şəxslərin depozitləri 10 632 milyon manat təşkil edib.