Bu il sentyabrın 1-nə Azərbaycanın bank sektorunda depozitlər 31 998,7 milyon manat təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir .
Məlumata görə, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 1 561,5 milyon manat və ya 5,1% çoxdur.
2022-ci ilin sentyabrın 1-nə Azərbaycanın bank sektorunda depozitlər 30 437,2 milyon manat təşkil edib.