30 sentyabr 2025-ci il tarixinə “Bank Respublika”nın müştərilərə verdiyi kreditlərin ümumi həcmi 1 milyard 577 milyon 152 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu, 2024-cü ilin sonu ilə müqayisədə 105 milyon 265 min manat və ya 7,2% artım deməkdir.
Kredit portfelinin əsas hissəsini – 1 milyard 69 milyon 567 min manatını biznes kreditləri təşkil edib. İlin əvvəlindən biznes kreditləri 56 milyon 206 min manat və ya 5,5% artıb.
Hesabat dövründə bankın istehlak kreditləri portfeli 30 milyon 247 min manat və ya 9,7% artaraq 342 milyon 514 min manata çatıb. Daşınmaz əmlak kreditləri isə 18 milyon 812 min manat və ya 12,9% artaraq 165 milyon 71 min manat olub.
Mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatların həcmi 10 milyon 913 min manat təşkil edib. Nəticədə bankın xalis kredit portfeli 1 milyard 566 milyon 238 min manata bərabər olub ki, bu da ilin əvvəli ilə müqayisədə 100 milyon 968 min manat və ya 6,9% artım deməkdir.
Xatırladaq ki, 31 dekabr 2024-cü il tarixində bankın ümumi kredit portfeli 1 milyard 471 milyon 887 min manat, xalis kredit portfeli isə 1 milyard 465 milyon 270 min manat olmuşdu.