Ölkəmizdə gənc mütəxəssislərin inkişafına böyük önəm verən və gəncləri dəstəkləyən Bank Respublika, özünün 21 yaşlı əməkdaşının əldə etdiyi uğur haqda məlumat verib.
Eləcə də bax: «Bank Respublika» 15 milyon manatlıq istiqraz buraxır – GƏLİR İMKANI, ŞƏRTLƏR
Belə ki, Bankın İnformasiya Təhlükəsizliyi Departamentinin gənc mütəxəssisi İSA CƏFƏROV magistratura təhsili almadan birbaşa ABŞ-də doktorantura pilləsinə qəbul olunub. O, kompüter elmləri ixtisasının kibertəhlükəsizlik istiqaməti üzrə təhsil alacaq.
İsa, Nyu-York Şəhər Universiteti, Kolorado Universiteti, Alabama Universiteti və Kolorado Mədən Məktəbindən də təklif alıb. Bank əməkdaşının seçim etdiyi Nyu-York Şəhər Universitetindən qazandığı təqaüdün məbləği 135 min ABŞ dolları təşkil edəcək
Bununla bağlı, Bankın rəhbərliyi gənc mütəxəssislə görüşərək onunla qürur duyduqlarını bildirib və gələcək işlərində uğurlar arzulayıb.