Azərbaycanın bank sektorunun ən fəal iştirakçılarından olan "Bank Respublika" ASC-nin istiqrazları Bakı Fond Birjasında (BFB) listinqə daxil edilib.
FED.az xəbər verir ki, 21 aprel 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Bank Respublika" ASC-nin ümumi dəyəri 15 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
İstiqrazlar Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.
Şərtlərə görə, hər biri 1000 manat olan 15 min ədəd istiqraz buraxılacaq. İstiqrazlar 2 illik müdldətə buraxılacaq, onların illik gəlirliyi 8,5% təşkil edir. Faizlər 6 aydan bir ödəniləcək.
Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaq.
Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN |
İstiqrazların növü və forması |
İstiqrazların sayı |
Nominal Dəyəri |
İllik faiz dərəcəsi |
Tədavül müddəti |
Kupon faizlərinin ödəniş müddəti |
AZ2005002889 |
Faizli təmin edilməmiş sənədsiz adlı |
15,000 (ədəd) |
1,000 AZN |
8.5 % |
2 il |
6 aydan bir |