“Bank Respublika” ASC-nin daha bir icraçı direktor təyin edildi. Bu da son həftədə beşinci təyinatdır.
Eləcə də bax: “Bank Respublika”da daha bir icraçı direktor - TƏYİN EDİLİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, Tələt Orduyev bankın risklərin idarəedilməsi üzrə icraçı direktoru təyin edilib.
T.Orduyev 2017-ci ilin fevralından “Bank Respublika”da departament rəhbəri idi.
O, indiyə qədər 10 ildən çox müddətə “AccessBank” QSC-də çalışmışdır.