“Bank Respublika” ASC-nin daha bir icraçı direktoru təyin edildi.
Eləcə də bax: “Bank Respublika”da daha bir icraçı direktor - TƏYİNATI
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu Hüseyn Əfəndiyev bankın Hüquq komplayens və problemli kreditlər üzrə icraçı direktoru təyin edilib.
Qeyd edək ki, H.Əfəndiyev uzun müddətdir bank sektorunda çalşır. 2007-ci ilin sentyabrından 2012-ci ilin avqustunadək “Unibank KB” ASC-də hüquqşünas kimi, 2012-ci ilin avqustundan 2015-ci ilin martındadək Azərbaycan Mərkəzi Bankında böyük hüquqşünas kimi, 2015-ci ilin martından 2017-ci ilin yanvarınadək “AccessBank” QSC-də Hüquq departamentinin direktor müavini, həmin tarixdən 2022-ci ilin aprelindək isə “Bank Respublika ASC-nin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışırdı.