“Bank Respublika” ASC-nin daha bir icraçı direktoru təyin edilib.
Eləcə də bax: “Bank Respublika”ya yeni icraçı direktor - TƏYİN EDİLİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, Tural Səlimov bankın Aqro və mikro kreditlər üzrə icraçı direktoru təyin edilib.
T.Səlimov “Bank Respublika” ASC-yə 2017-ci ilin fevralında “AccessBank” QSC-dən gəlib. Həmin tarixdən ötən aya qədər bu bankda Aqro və mikro kreditlər departmentinin direktoru kimi çalışırdı.
Onun “AccessBank”da 12 ildən çox təcrübəsi olub.