FED.az Azərbaycanın bank sektorunun liderlərindən biri, kiçik və orta biznesin kreditləşdirilməsində aktiv banklardan olan – “Bank Respublika”nın gəlir mənbələrini təqdim edir.
"Bank Respublika"nın xalis mənfəəti 49% artıb - HESABAT
2024-ci ilin ikinci rübünün nəticələrinə görə, “Bank Respublika”nın ümumi gəlirləri 129 milyon 208 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sistemində 5-ci yeri tutur.
Hesabat dövründə (ikinci rüb) bankın gəlirlərinin ən böyük hissəsi – 93 milyon 806 min manatı və ya bütün gəlirlərin 73%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 13 milyon 291 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 10%-i deməkdir.
“Bank Respublika”nın valyuta əməliyyatlarından gəlirləri 4 milyon 159 min manat, yəni ümumi gəlirlərin 3%-i həcmində.
Qiymətli kağızlar bazarına yatırımlardan isə bankın gəliri 1 milyon 472 min min manat olub, bu ümumi gəlirlərin 1%-ni təşkli edir.
7 milyondan artıq məbləği “Bank Respublika” başqa banklar və maliyyə təşkilatlarına ayırdığı depozitlərdən və kreditlərdən qazanıb.
Bankın digər faiz gəlirləri isə 9 milyon 418 min manat olub.
Ümumiyyətlə, “Bank Respublika”nın ümumi gəlirlərində faiz gəlirləri 83%, qeyri-faiz gəlirləri 17% təşkil edir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
| Min manat | ||
| Gəlir mənbələri | Məbləğlər | Ümumi gəlir də payı | 
| Kredit portfeli üzrə faiz gəliri | 93 806 | 73% | 
| Komissiya haqları | 13 291 | 10% | 
| Valyuta əməliyyatlarından gəlirlər | 4 159 | 3% | 
| QK-a investisiyadan gəlir | 1 472 | 1% | 
| Digər banklara depozitlərdən gəlirlər | 6 382 | 5% | 
| Digər banklara kreditlərdən gəlirlər | 680 | 1% | 
| Digər faiz gəlirləri | 9 418 | 7% | 
| Digər qeyri-faiz gəlirləri | 
 | 
 | 
| 
 | 
 | 
 | 
| CƏMİ GƏLİRLƏR | 129 208 | 100% | 




 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








