"Bank Respublika" 2025-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin.az biznes və maliyyə xəbərləri portalı maliyyə qurumunun hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 milyon manata yaxın, yəni 6,8% artım deməkdir.
Qeyri-faiz gəlirlərinin artımında ən böyük pay "digər gəlirlər" maddəsinin üzərinə düşür. Bu istiqamətdən əldə edilən gəlirlər illik müqayisədə iki dəfə artaraq 1,4 milyon manatdan 2,8 milyon manata yüksəlib.
Bankın əsas qeyri-faiz gəlir mənbəyi olan alınan haqq və komissiya gəlirləri isə ötən ilə nəzərən 684 min manat (2,5%) artaraq təxminən 28 milyon manata çatıb. Xarici valyutadan əldə edilən gəlirlərdə də artım qeydə alınıb. Bu gəlirlər 9,5 milyon manat təşkil edib bu da illik 483 min manat (5,4%) artım deməkdir.
"Bank Respublika"nın cəmi qeyri-faiz xərcləri 127,7 milyon manata yaxın olub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 milyon manat, yəni 14,6% artım deməkdir. Xərclərin artımında əsas pay əmək haqqı və inzibati xərclərin üzərinə düşür.
Hesabat dövründə maliyyə təşkilatının əmək haqqı və digər kompensasiya xərcləri 79,8 milyon manata bərabər olub. Bu 2024-cü ilə nəzərən təxminən 12 milyon manat (17,6%) artıma bərabərdi. Eyni zamanda, ümumi və inzibati xərclər 22,3 milyon manata bərabər olub ki, bu da illik də 2,9 milyon manat (15%) artım deməkdir.
Digər xərc maddələrində isə daha mülayim artım qeydə alınıb. Belə ki, amortizasiya xərcləri 116 min manat (6,4%) artaraq 1,9 milyon manata, digər xərclər isə 1,3 milyon manata yaxın (5,6%) artaraq 23,7 milyon manata çatıb.
Maliyyə qurumunun mənfəət göstəricisinə təsir edən əsas amillərdən biri mümkün zərərlər üçün yaradılan ehtiyatların kəskin artması olub. Bu ehtiyatların həcmi ötən ilə nəzərən 2,6 milyon manata yaxın (87,5%) artırılaraq 5,5 milyon manata çatdırılıb.
"Bank Respublika" 2025-ci ili 60,6 milyon manata yaxın xalis mənfəətlə başa vurub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 milyon manat, yəni 19,8% artım deməkdir.
Maliyyə təşkilatının əməliyyat gəlirlərinin xərclərini üstələməsi və ehtiyat ayırmalarının idarə olunması nəticəsində ilin sonunda vergidən əvvəlki mənfəət ötən ilə nəzərən 11,3 milyon manat (17,3%) artaraq 76,7 milyon manata çatıb.
Maliyyə qurumu bu mənfəətdən dövlət büdcəsinə 16,15 milyon manat mənfəət vergisi ödəyib ki, bu da ötən illə müqayisədə 1,3 milyon manata yaxın (8,6%) çoxdur.
2025-ci ilin yekunlarına görə, "Bank Respublika"nın cəmi aktivləri 2 milyard 725,7 milyon manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 549 milyon manat, yəni 25,2% artım deməkdir. Aktivlərin artımında bir neçə amil mühüm rol oynayıb.
Ən kəskin artım maliyyə təşkilatının digər maliyyə institutlarındakı depozitlərində qeydə alınıb. Bu göstərici illik müqayisədə 9 dəfəyə (380,3 milyon manat) yaxın artaraq 47,1 milyon manatdan 427,4 milyon manata yüksəlib.
Aktivlərin əsas maddəsi olan müştərilərə verilmiş xalis kreditlərin həcmi də il ərzində 178,3 milyon manat (12,2%) artaraq 1 milyard 643,6 milyon manata çatıb. Portfelin tərkibində biznes kreditləri 1 milyard 115,3 milyon manata bərabər olub. İl ərzində 102 milyon manat (10,1%) artıb..
İstehlak kreditləri 368,9 milyon manata bərabər olub. Bu kreditlər isə illik müqayisə 56,7 milyon manat başqa sözlə , daşınmaz əmlak kreditləri isə 23,1 milyon manat və ya 15,8% artımla 169,3 milyon manatı ötüb
İnvestisiya fəaliyyəti də aktivlərin böyüməsinə təkan verib. Belə ki, ticarət və investisiya qiymətli kağızları portfeli 2,4 dəfə və ya 81,7 milyon manat artaraq 57,1 milyon manatdan 138,8 milyon manata çatıb.
Bu başqa nağd pul vəsaitləri və ekvivalentləri 374,6 milyon manata bərabər olub.
Bankın cəmi öhdəlikləri 2 milyard 476,3 milyon manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 498,3 milyon manat, yəni 25,2% artım deməkdir. Öhdəliklərin artımında əsas rolu digər maliyyə institutlarından cəlb edilmiş vəsaitlərin kəskin artması oynayıb.
Maliyyə təşkilatının kredit təşkilatları və digər maliyyə institutları qarşısındakı öhdəlikləri ötən ilə nəzərən iki dəfəyə yaxın artaraq 523,5 milyon manatdan 1 milyard 9,6 milyon manatı ötüb. Bu, 486,1 milyon manat və ya 92,9% artım deməkdir.
Ümumi depozitlər ötən ilə nəzərən cəmi 9,1 milyon manat (0,7%) artaraq 1 milyard 357,2 milyon manat təşkil edib. Depozit portfelinin hüquqi şəxslərin depozitləri 753,4 milyon manata bərabər olub. Bu 2024-cü ilə nəzərən 41,6 milyon manat (5,8%) artım deməkdir. Fiziki şəxslərin depozitləri 603,7 milyon manata bərabər olub.
Subordinasiya borc öhdəlikləri 31,7 milyon manat təşkil edib.
Hesabat dövründə bankın cəmi kapitalı 249,4 milyon manata çatıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50,8 milyon manata yaxın, yəni 25,6% artım deməkdir. Kapitalın artımında əsas rolu maliyyə qurumunun il ərzində əldə etdiyi mənfəət oynayıb.
Hesabat dövründə qurumun bölüşdürülməmiş mənfəəti ötən ilə nəzərən 48 milyon manat (48,7%) artaraq 146,7 milyon manatı ötüb. Eyni zamanda, ümumi ehtiyatlar da 2,7 milyon manatdan çox (10,5%) artaraq 28,7 milyon manata çatıb. Ehtiyatların artımı tamamilə kreditlər, lizinqlər və digər tələblər üzrə yaradılan 19,6 milyon manatlıq adi ehtiyatların 2,7 milyon manat (16,1%) artması hesabına baş verib.Əsas vəsaitlərin qiymətləndirilməsindən adi ehtiyatlar isə dəyişməyərək 9,1 milyon manat olaraq qalıb.
Maliyyə təşkilatının səhmdar kapitalı isə il ərzində dəyişməyərək 74 milyon manata yaxın səviyyədə olub.
MƏLUMAT YENİLƏNİR...













