ABŞ prezidenti Co Bayden ABŞ konqrasini maliyyə qurumlarının iflasa uğramasına səbəb olan bank rəhbərlərinə qarşı daha sərt cəzalar tətbiq etmək üçün tədbirlər görməyə çağırıb.
İsveçrənin böhran içində olan nəhəng bankı – «SU QİYMƏTİNƏ» SATILDI - MƏBLƏĞ
FED.az xəbər verir ki, ölkədəki iri bank iflaslarından sonra bu həftə bank sistemini stabilləşdirmək üçün addımlar atdıqlarını ifadə edən Bayden bildirib ki, vergi ödəyiciləri heç bir itkiyə məruz qalmamalıdır.
"Bizim gördüyümüz tədbirlər sayəsində bank sistemimiz bu gün daha dayanıqlı və sabitdir" deyən Bayden bildirib ki, amerikalılar istədikləri zaman öz əmanətlərini götürə bilərər.
"Bu qarışıqlığa görə məsuliyyət daşıyanlar cavab verməlidir" deyən Bayden bildirib ki, bank menecerləri pis idarəetmə və həddindən artıq risk alma səbəbiylə iflaslara görə məsuliyyət daşımalıdırlar.
"ABŞ Konqresi yanlış idarəçiliyi institutlarının uğursuzluğuna səbəb olan yüksək səviyyəli bank rəhbərlərinə qarşı daha sərt cəzalar tətbiq etmək üçün hərəkətə keçməlidir" deyə Bayden bildirib.