Azərbaycanın aparıcı biznes banklarından olan «Unibank » ASC ilk 6 ayın nəticələrini açıqlayıb.
Eləcə də bax: “Unibank” 2020-ci ilin birinci yarısını - MƏNFƏƏTLƏ BAŞA VURUB
FED.az xəbər verir ki, ilk 6 ayda bankın faiz gəlirləri 5,6% artaraq 42 msilyon 416 min manat təşkil edib. Bu dövrdə bankın faiz xərcləri 19,3% azalaraq 13 milyon 669 min manat olub. Nəticədə bankın xalis faiz gəliri 24% artaraq 28,8 milyon manata yüksəlib.
Əvəzində ilk 6 ayda «Unibank»ın qeyri-faiz gəlirləri 4,4 dəfə azalaraq 53,2 milyon manatdan 12,2 milyon manata enib. Əslində bu dövrdə bankın qeyri-faiz gəlirləri üzrə əksər ənənəvi maddələrdə artım var. Məsələn bankın haqq və komissiya gəlirləri 1 milyon manatdan çox artaraq 7,5 milyon manatdan 8,6 milyon manata yüksəlib. Qeyri-faiz gəlirlərindəki belə kəskin azalmanın səbəbi isə ötən il bankın digər gəlirlər maddəsi ilə 43,6 milyon manat gəlir əldə etməsi olub. Bu il isə həmin maddə üzrə gəlir cəmi 2 milyon manat olub.
2020-ci ilin ilk yarısında «Unibank»ın qeyri-faiz xərcləri təqribən 4 milyon manat artaraq 29,6 milyon manatdan 33,4 milyon manata yüksəlib. Bu dövrdə bankın inzibati xərcləri 300 min manat azalsa da, «Unibank» əmək haqqında səxavətli olub - əmək haqqı xərcləri ötən illə müqayisədə 2,2 milyon manat artaraq 15,4 milyon manata yaxınlaşıb.
Nəticədə bank yarım ili 7 467 min manat əməliyyat mənfəəti ilə başa vurub. Mümkün zərərlərə görə ehtiyat ayırmalarından 1,6 milyon manati geri çəkildikdən sonra «Unibank» yarım ili 9,1 milyon manat xalis mənfəətlə başa vurub. Bu ötən illə müqayisədə 2,6 dəfə azdır – ötən il bu göstərici 24 milyon manat olmuşdu.
Kredit portfelini və biznes kreditlərini artırıb
İlk yarım ilin nəticəsinə görə, «Unibank»ın aktivləri 714,7 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 9% azdır. Əvəzində bu dövrdə bankın kredit portfeli 16 milyon manat və ya 3,2% artaraq 507 milyon manatdan 522 milyon manat yüksəlib. Bu dövrdə bankın istehlak kreditləri azalıb, biznes kreditləri isə 22 milyon manata yaxın artıb.
Yarım ilin sonuna «Unibank»ın öhdəlikləri 620 993 min manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 11% azdır. Öhdəliklərdə dəyişiklik depozitlərin məbləğinin aşağı düşməsi ilə bağlıdır. İyunun sonuna bankdakı depozitlər 439,8 milyon manat təşkil edib. İlini əvvəli ilə müqayisədə azalma 91 milyon manat təşkil edib. Bu məbləğin 62 milyon manatı fiziki, 29 milyon manat isə hüquqi şəxslərin payına düşür.
«Unibank»ın kapitalı yüksəlib
Hesabat dövründə «Unibank»ın kapitalı yüusəlib. FED.az xəbər verir ki, ilk 6 ayını sonuna bankın cəmi kapitalı 93 milyon 721 min manat təşkil edib kmi, bu da ilin əvvəli ilə müqayisədə 3,5 milyon manat artıqdır.