“Kapital Bank” ASC-də yeni təyinat olub.
Eləcə də bax: Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
FED.az Banker.az-a istinadən xəbər verir ki, Vitali Biryuçkov “Kapital Bank”da Məhsul sahibi (Product owner) təyin edilib.
V.Biryuçukov son 20 ay ərzində “Bank of Baku” ASC-də şöbə müdiri kimi – 2019 martından 2020-ci ilin martına qədər Partnyorlarla iş şöbəsinin müdiri, 2020-ci ilin aprelindən 2020-ci ilin oktyabrına qədər Ödəniş kartı müştəriləri ilə iş və kampaniyaların təşkili şöbəsinin müdiri kimi çalışıb.
2009-2018-ci illərdə isə “AFB Bank” ASC-də Marektinq şöbəsinin müdiri kimi çalışıb.