“Bank of Baku” nun xalis mənfəəti 7 dəfədən çox artaraq.
Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə bankın mənfəəti 2018-ci illə mqayisədə 7,36 dəfə artaraq 24 milyon 571 min manat təşkil edib. Halbuki 2018-ci ildə bankın xalis mənfəəti 3 milyon 473 min manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda 50 filialı olan bankın - VƏZİYYƏTİ AÇIQLANDI - HESABAT
2019-cu ildə bankın faiz gəlirləri 43 milyon 026 min manat , faiz xərcləri 11 milyon 705 min manat təşkil edib. 2018-ci illə müqayisədə 2019-cu ildə bankın faiz gəlirləri 1 milyon 703 min manat və ya 4,1% artıb, faiz xərcləri 2 milyon 728 min manat və ya 18,9% azalıb.
Belə ki, 2018-ci ildə bankın faiz gəlirləri 41 milyon 323 milyon, faiz xərcləri 14 milyon 433 min manat təşkil edib.
2019-cu ildə bankın qeyri-faiz gəlirləri 9 milyon 176 min manat, qeyri-faiz xərcləri 33 milyon 224 min manat təşkil edib. 2018-ci illə müqayisədə 2019-cu ildə bankın qeyri-faiz gəlirləri 5 milyon 844 min manat və ya 2,75 dəfə artıb. Qeyri-faiz xərcləri 23 milyon 037 min manat və ya 40,9% azalıb.
2018-ci ildə bankın qeyri-faiz 3 milyon 332 min manat, qeyri-faiz xərcləri 56 milyon 260 min manat təşkil edib.
Bankın əməliyyat mənfəəti 7 milyon 724 min manat təşkil edib. Bank mümkün zərələr üçün ehtiyat ayırmalardan 24 milyon 258 min manat geri çəkib. Nəticədə bankın 31 milyon 532 min manat mənfəəti yaranıb. Bank bu məbləğdən 6 milyon 962 min manat mənfəət vergisi ödədikdən sonra 24 milyon 571 min manat xalis mənfəəti yaranıb.
Bankın aktivləri 81 milyon manat artıb
2019-cu ildə bankın aktivləri 381 milyon 095 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 81 milyon 023 min manat və ya 27% çoxdur. 2018-ci ildə bankın cəmi aktivləri 300 milyon 072 min manat təşkiil edib.
Bank aktivlərindən müştərilərinə 338 milyon 159 min manat kredit verib. Bu 2018-ci illə müqayisədə 18 milyon 893 min manat və ya 5,9% çoxdur. Belə ki, 2018-ci ildə “Bank of Baku” 319 milyon 267 min manat kredit verib.
Bankın ötən il öhdəlikləri artıb. 2019-cu ildə öhdəlikləri 317 milyon 087 min mant təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 56 milyon 960 min manat və ya 21,8% çoxdur. 2018-ci ildə bankın öhdəliyi 260 milyon 127 min manat olub.
2019-cu ildə “Bank of Baku”nun kapitalı 64 milyon 008 min manat olub. 2018-ci illə müqayisədə bankın kapitalı 24 milyon 063 min manat və ya 60,2% artıb.