“Bank of Baku”nun 2024-cü ilin ikinci rübü ərzində xərcləri aşağıdaki kimi paylanmışdır :
«Bank of Baku» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
“Bank of Baku” ölkənin bank sistemində xərclərin payına görə 9-cu yerdədir. Bankın ümumi xərcləri 67 milyon 177 min manat olmuşdur.
Bankın ən çox xərci depozitlər üzrə faizlərdən və digər qeyri-faiz xərclərindən formalaşıb ümumi xərclərin 37%-i və 29%-i. Uyğun olaraq 25 milyon 300 min manat və 20 milyon 271 min manat.
Əmək haqqı xərcləri də bu məbləğlərdən bir qədər az ümumi xərclərin 23%-i qədər 15 milyon 307 min manat olmuşdur.
Bank inzibati xərclərə 3 milyon 282 min manat xərcləyib ümumi xərclərin 5%-i həcmində formalaşıb.
Daha 1 milyon 256 manat xərc amortizasiya xərləri üzərindən formalaşıb.
Digər mənbələr üzrə olan xərclər kiçik rəqəmlərlə ölçülür. Belə ki, kredit faiz xərcləri 741 min manat, qiymətli kağızlar üzrə faiz xərcləri 115 min manat, Azərbaycan Mərkəzi Bankı qarşısında kredit xərci 11 min manat və digər faiz xərcləri isə 894 min manat həcmində formalaşıb. Sadalanan mənbələr üzrə xərclər ümumi xərclərin 1% hissəini tutur.
Min manat |
||
Xərc mənbələri |
Məbləğ |
Ümumi xərclərdə payı |
Faiz xərcləri |
||
Depozitlər üzrə faizlər |
25 300 |
37% |
AMB kredit xərci |
11 |
1% |
Kredit faizləri |
741 |
1% |
QK- faiz xərci |
115 |
1% |
Digər faiz xərcləri |
894 |
1% |
Qeyri -faiz xərcləri |
|
|
İnzibati xərclər |
3 282 |
5% |
Əmək haqqı xərcləri |
15 307 |
23% |
Amortizasiya xərcləri |
1 256 |
2% |
Digər qeyri faiz xərcləri |
20 271 |
29% |
|
|
|