FED.az Azərbaycanın aparıcı banklarından olan, kreit bazarının aktiv iştirakçısı “Bank of Baku” nun gəlir mənbələrini təqdim edir.
"Bank of Baku" II rübü 11 milyon manat - XALİS MƏNFƏƏTLƏ TAMAMLADI - HESABAT
2024-ci ilin ikinci rübünün nəticələrinə görə , “Bank of Baku” nun ümumi gəlirləri 80 milyon 895 min manat təşkil edib. Yeri gəlmişkən, bank bu göstərici ilə ölkədə 10-cu yeri tutur.
Hesabat dövründə (ikinci rüb) bankın gəlirlərinin ən böyük hissəsi – 68 milyon 19 min manatı və ya 83%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 7 milyon 765 min manat daxil olub, bu bankın bütün gəlirlərinin cəmi 9%-i deməkdir.
Bank valyuta əməliyyatlarından 239 min gəlir əldə edib.
“Bank of Baku” qiymətli kağızlar bazarında da təmsil olunur – bu fakt ona ikinci rüb ərzində 2 milyon 356 min manat gəlir gətirib.
Digər banklardan depozit gəlirləri isə 2 milyon 218 manat təşkil edir.
Digər sahələrdən gəlirlər isə ümumi gəlirlərdə pay kimi görünməyəcək qədər kiçikdir.
Ümumiyətlə, “Bank of Baku” ümui gəlirlərində faiz gəlirlərinin ən yüksək paya malik olduğu banklardan biri sayılır – bankın faiz gəlirləri ümumi gəlirlərin 89%-ni, qeyri-faiz gəlirləri isə 11%-ni təkşil edir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
68 019 |
83% |
Komissiya haqları |
7 765 |
9% |
Valyuta əməliyyatlarından gəlirlər |
239 |
1% |
QK-a investisiyadan gəlir |
2 356 |
2% |
Digər banklara depozitlərdən gəlirlər |
2 218 |
2% |
Digər banklara kreditlərdən gəlirlər |
15 |
1% |
Digər faiz gəlirləri |
264 |
1% |
Digər qeyri-faiz gəlirləri |
19 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
80 895 |
100% |