2024-cü ilin II rübündə "Bank of Baku"nun ilk rübdə faiz gəlirləri 72 milyon 873 min manat təşkil edib.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
İllik müqayisədə gəlirlər 11 milyon 702 min manat, yəni 19% artıb.
FAİZ GƏLİRLƏRİNDƏ ARTIM
Faiz gəlirlərinin 68 milyon 19 min manatı müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlirlər hesabına formalaşıb ki, bu da illik müqayisədə 9 milyon 297 min manat (16%) çoxdur.
Bundan başqa banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 15 min manat, banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 2 milyon 218 min manat, ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 2 milyon 358 min manat, digər faiz gəlirləri isə 264 min manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 791 min manat (55%), ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 1 milyon 487 min manat (2,7 dəfə), digər faiz gəlirləri isə 137 min manat (2,1 dəfə) artıb.
Hesabat dövründə bankın faiz xərcləri 8 milyon 485 min manat (46%) artaraq 27 milyon 61 min manata bərabər olub. Bunun da böyük hissəsi 25 milyon 303 min manatı depozitlər üzrə faiz xərcləridir ki. bu da illik müqayisədə 8 milyon 147 min manat (47%) çoxdur.
Bankın xalis faiz gəlirləri isə 45 milyon 811 min manat təşkil edib. Bu da son bir ildə 3 milyon 217 min manat və ya 8% çoxdur.
Hesabat dövründə qeyri-faiz gəlirləri 8 milyon 23 min manat, xərcləri isə 40 milyon 117 min manat olub.
Qeyri-faiz gəlirləri son bnir il ərzində 2 milyon 836 min manat (55%). xərcləri isə 8 milyon 576 min manat (27%) artıb
Qeyri-faiz gəlirlərinin 7 milyon 765 min manatı alınan haqq və kommisiya gəlirlərinin payına düşüb ki, bu da illik müqayisə ilə 2 milyon 405 min manat və ya 45% artımdır.
Xərclərin 15 milyon 307 min manatı əmək haqqı, 3 milyon 282 min manatı ümumi və inzibati xərclərin, 1 milyon 256 min manatı amortizasiya xərclərinin, 20 milyon 271 min manatı digər xərclərin payına düşüb.
2023-ci ilin son rübü ilə müqayisədə əmək haqqı xərcləri 656 min manat (4%), ümumi və inzibati xərclər 731 min manat (29%), amortizasiya xərcləri 256 min manat (26%), digər xərclər isə 6 milyon 928 min manat (52%) artıb.
"Bank of Baku" 3 milyon 671 min manat mənfəət vergisi ödənişindən sonra II rübü 11 milyon 9 min manat xalis mənfəətlə başa vurub.
AKTİVLƏRİ VƏ KREDİT POTFELİ BÖYÜYÜB
Bank of Bakunun aktivləri cari ilin ilk rübündə 951 milyon 95 min manat təşkil edib. Aktivlər son bir ildə 80 milyon 201 min manat və ya 9% artıb.
Bankın kredit portfeli 712 milyon 668 min manat təşkil edib ki, bundan istehlak kreditlərinin payına 527 milyon 480 min manat, biznes kreditlərinin payına 142 milyon 316 min manat, daşınmaz əmlak kreditlərinin payına 42 milyon 871min manat düşüb.
2023-cü ilin sonu ilə müqayisədə ümumi kredit portfeli 53 milyon 624 min manat (8%), istehlak kredit portfeli 51 milyon 425 min manat (11%), ipoteka kreditlərinin həcmi 7 milyon 975 manat (23%) artıb.
Hesabat dövründə bankın öhdəlikləri 811 milyon 89 min manat təşkil edib. Öhdəliklər son 79 milyon 171 min manat, başqa sözlə 11% artıb.
BANKDA ƏHALİNİN VƏ ŞİRKƏTLƏRİN PULU ARTIB
"Bank Of Baku"nun depozit portfelində də artım müşahidə olunub. Belə ki, bu dövrdə bank 580 milyon 332 min manat depozit portfelinə malik olub. Onun da 533 milyon 270 min manatı fiziki, 47 milyon 62 min manatı isə hüquqi şəxslərin əmanətləri olub.
2023-cü ilin sonu ilə müqayisədə depozit portfeli 64 milyon 564 min manat (13%), fiziki şəxslərin depozitləri 57 milyon 591 min manat (12%), hüquqi şəxslərin depozitləri isə 6 milyon 973 min manat (17%) artıb.
Bank of Baku bu ilin ilk rübündə 140 milyon manat kapitala malik olub ki, bu da illik müqayisədə 1 milyon 30 min manat və ya 1% çoxdur.
Bölüşdürülməmiş mənfəətin həcmi də son bir ildə 483 min manat və ya 1% artaraq 77 milyon 428 min manat təşkil edib.