Azərbaycanın aparıcı banklarından olan “Bank of Baku” 2024-cü ilin I rübünün maliyyə nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, bank dövr üzrə 3 milyon 504 min manat xalis mənfəətlə başa vurub.
Hesabat dövründə mənfəət vergisi ödənişi isə 1 milyon 284 min manat təşkil edib.
Bankın ilk rübdə faiz gəlirləri 35 milyon 217 min manat, xərcləri isə 13 milyon 242 min manat olub.
İllik müqayisədə gəlirlər 5 milyon 551 min manat, yəni, 19%, xərclər isə 4 milyon 518 min manat 52% artıb.
Faiz gəlirlərinin 32 milyon 968 min manatı müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlirlər hesabına formalaşıb ki, bu da illik müqayisədə 4 milyon 176 min manat (15%) çoxdur.
Faiz xərclərinin 12 milyon 327 min manatı depozitlər üzrə xərclər olub ki, bu da 2023-cü ilin I rübü ilə müqayisədə 4 milyon 278 min manat və ya 53% çoxdur.
Bankın xalis faiz gəlirləri isə 21 milyon 974 min manat təşkil edib. Bu da son bir ildə 1 milyon 34 min manat və ya 5% çoxdur.
Hesabat dövründə qeyri-faiz gəlirləri 3 milyon 836 min manat, xərcləri isə 19 milyon 261 min manat olub.
Qeyri-faiz gəlirləri son bnir il ərzində 1 milyon 646 min manat (75%). xərcləri isə 4 milyon 107 min manat (27%) artlb
Qeyri-faiz gəlirlərinin 3 milyon 678 min manatı alınan haqq və kommisiya gəlirlərinin payına düşüb ki, bu da illik müqayisə ilə 1 milyon 149 min manat və ya 45% artımdır.
Xərclərin 7 milyon 577 min manatı əmək haqqı, 1 milyon 493 min manatı ümumi və inzibati xərclərin, 632 min manatı amortizasiya xərclərinin, 9 milyon 559 min manatı digər xərclərin payına düşüb.
2023-ci ilin son rübü ilə müqayisədə ümumi və inzibati xərclər 330 min manat (28%), amortizasiya xərcləri 128 min manat (25%), digər xərclər isə 3 milyon 928 min manat (70%) artıb.
Bank of Bakunun aktivləri cari ilin ilk rübündə 922 milyon 560 min manat təşkil edib. Aktivlər son bir ildə 51 milyon 670 min manat və ya 6% artıb.
Bankın kredit portfeli 669 milyon 360 min manat təşkil edib ki, bundan istehlak kreditlərinin payına 487 milyon 565 min manat, biznes kreditlərinin payına 142 milyon 882 min manat, daşınmaz əmlak kreditlərinin payına 38 milyon 897 min manat, digər kreditlərin payına isə 16 min manat düşüb.
2023-ci ilin sonu ilə müqayisədə ümumi kredit portfeli 10 milyon 316 min manat (2%), istehlak kredit portfeli 11 milyon 510 min manat (19,6%), ipoteka kreditlərinin həcmi 4 milyon manat (11%), digər kreditlərin həcmi isə 12 min manat (3 dəfə) artıb.
Hesabat dövründə bankın öhdəlikləri 780 milyon 34 min manat təşkil edib. Öhdəliklər son 48 milyon 115 min manat, başqa sözlə 7% artıb.
"Bank Of Baku"nun depozit portfelində də artım müşahidə olunub. Belə ki, bu dövrdə bank 569 milyon 558 min manat depozit portfelinə malik olub. Onun da 521 milyon 89 min manatı fiziki, 48 milyon 469 min manatı isə hüquqi şəxslərin əmanətləri olub.
2023-ci ilin sonu ilə müqayisədə depozit portfeli 53 milyon 790 min manat (10%), fiziki şəxslərin depozitləri 45 milyon 410 min manat (10%), hüquqi şəxslərin depozitləri isə 8 milyon 310 min manat (21%) artıb.
Bank of Baku bu ilin ilk rübündə 142 milyon 286 min manat kapitala malik olub ki, bu da illik müqayisədə 3 milyon 555 min manat və ya 3% çoxdur.
Bölüşdürülməmiş mənfəətin həcmi də son bir ildə 3 milyon 504 min manat və ya 5% artaraq 80 milyon 449 min manat təşkil edib.