Ölkənin ən iri banklarından olan "Kapital Bank" cari ilin ilk rübünün hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, "Kapital Bank" 2024-cü llin ilk rübündə 71 milyon 393 min manat xalis mənfəətlə başa vurub.
Bank bu dövrdə 19 milyon 677 min manat mənfəət vergisi ödəyib.
Bankın ilk rübdə faiz gəlirləri 191 milyon 229 min manat, xərcləri isə 41 milyon 920 min manat olub.
İllik müqayisədə gəlirlər 25 milyon 9 min manat, yəni, 15%, xərclər isə 18 milyon 662 min manat (80%) artıb.
Faiz gəlirlərinin 154 milyon 597 min manatı müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlirlər hesabına formalaşıb ki, bu da illik müqayisədə 29 milyon 453 min manat (24%) çoxdur.
Faiz xərclərinin 27 milyon 522 min manatı depozitlər üzrə xərclər olub ki, bu da 2023-cü ilin I rübü ilə müqayisədə 10 milyon 876 min manat və ya 65% çoxdur.
Bankın xalis faiz gəlirləri isə 149 milyon 308 min manat təşkil edib. Bu da son birildə 6 milyon 346 min manat və ya 4% çoxdur.
Hesabat dövründə qeyri-faiz gəlirləri 132 milyon 270 min manat, xərcləri isə 167 milyon 727 min manat olub.
Qeyri-faiz gəlirləri son bir il ərzində 31 milyon 531 min manat (31%). xərcləri isə 36 milyon 172 min manat (27%) artlb
Qeyri-faiz gəlirlərinin 119 milyon 404 min manatı alınan haqq və kommisiya gəlirlərinin payına düşüb ki, bu da illik müqayisə ilə 31 milyon 18 min manat və ya 35% artımdır.
Xərclərin 58 milyon 773 min manatı əmək haqqı, 14 milyon 593 min manatı ümumi və inzibati xərclərin, 9 milyon 118 min manatı amortizasiya xərclərinin, 85 milyon 243 min manatı digər xərclərin payına düşüb.
2023-ci ilin son rübü ilə müqayisədə ümumi və inzibati xərclər 9 milyon 319 min manat (19%), amortizasiya xərcləri 4 milyon 439 min manat (44%), amortizasiya xərcləri 1 milyon 974 min manat (28%), digər xərclər isə 20 milyon 440 min manat (32%) artıb.
2023-cü ilin ilk rübündə bankın aktivləri cari ilin ilk rübündə 8 milyard 766 milyon 814 min manat təşkil edib. Aktivlər ötən ilin sonu ilə müqayisədə 1 milyard 38 milyon 577 min manat və ya 13% artıb.
Bankın kredit portfeli 4 milyard 397 milyon 93 min manat təşkil edib.
Bundan da 2 milyard 421 milyon 511 min manatı istehlak kreditlərinin, 1 milyard 391 milyon 636 min manatı biznes kreditlərinin, 583 milyon 907 min manatı isə daşınmaz əmlak kreditlərinin payına düşüb.
2023-ci ilin sonu ilə müqayisədə ümumi kredit portfeli 1 milyard 72 milyon 86 min manat (36%), istehlak kredit portfeli 588 milyon 331 min manat (32%), biznes kreditlərinin həcmi 443 milyon 714 min manat, ipoteka kreditlərinin həcmi 140 milyon 42 min manat (32%) artıb.
Hesabat dövründə bankın öhdəlikləri 7 milyard 787 milyon 139 min manat təşkil edib. Öhdəliklər ötən ilin sonu ilə müqayisədə 965 milyon 468 min manat, başqa sözlə 14% artıb.
"Kapital Bank"ın depozit portfelində də artım müşahidə olunub.
Belə ki, bu dövrdə bank 6 milyard 673 milyon 562 min manat depozit portfelinə malik olub. Onun da 2 milyard 145 milyon 376 min manatı fiziki, 4 milyard 528 milyon 185 min manatı isə hüquqi şəxslərin əmanətləri olub.
2023-ci ilin sonu ilə müqayisədə depozit portfeli 965 milyon 458 min manat (14%), fiziki şəxslərin depozitləri 760 milyon 926 min manat (13%), hüquqi şəxslərin depozitləri isə 386 milyon 764 min manat (22%) artıb.
"Kapital Bank" ilk rübdə 979 milyon 635 min manat kapitala malik olub ki, bu da illik müqayisədə 73 milyon 109 min manat və ya 8% çoxdur.
Bölüşdürülməmiş mənfəətin həcmi də son bir ildə 67 milyon 983 min manat və ya 11% artaraq 660 milyon 319 min manat təşkil edib.