FED.az Azərbaycanın aparıcı banklarından olan, kreit bazarının aktiv iştirakçısı «Bank of Baku»nun gəlir mənbələrini təqdim edir.
«Premium Bank» ASC pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
2022-ci ilin ilk yarım illiyinin nəticələrinə görə, «Bank of Baku»nun ümumi gəlirləri 51 milyon 109 min manat təşkil edib. Yeri gəlmişkən, bank bu göstərici ilə ölkədə 9-cu yeri tutur.
Hesabat dövründə (ilk 6 ayda) bankın gəlirlərinin ən böyük hissəsi – 43,9 milyon manatı və ya 86%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 5,7 milyon manat daxil olub, bu bankın bütün gəlirlərinin cəmi 11%-i deməkdir.
Daha 408 min manat isə «Bank of Baku»nun valyuta əməliyyatlarından daxil olub – ümumi gəlirlərin cəmi 1%-i. «Bank of Baku»nun əməliyyatlarının həcmini, müştəri aktivliyini və filiallarının sayını nəzərə aldıqda, valyuta əməliyyatlarından gəlirlərin həcmi çox kiçikdir.
«Bank of Baku» qiymətli kağızlar bazarında da təmsil olunur – bu fakt ona yarım ildə 1 milyon manat gəlir gətirib. Digər sahələrdən gəlirlər isə ümumi gəlirlərdə pay kimi görünməyəcək qədər kiçikdir.
Ümumiyətlə, «Bank of Baku» ümui gəlirlərində faiz gəlirlərinin ən yüksək paya malik olduğu banklardan biri sayılır – bankın faiz gəlirləri ümumi gəlirlərin 88%-ni, qeyri-faiz gəlirləri isə 12%-ni təkşil edir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlirdə payı |
Kredit portfeli üzrə faiz gəliri |
43 880 |
86% |
QK-a investisiyadan gəlir |
1 057 |
2% |
Digər banklara depozitlərdən gəlirlər |
37 |
- |
Digər banklara kreditlərdən gəlirlər |
37 |
- |
Komissiya haqları |
5 669 |
11% |
Valyuta əməliyyatlarından gəlirlər |
408 |
1% |
Digər faiz gəlirləri |
21 |
- |
Digər qeyri-faiz gəlirləri |
54 |
- |