Qeyri-iş günlərinin sayının çox olması bank müştərilərinin kredit ödənişlərinə də təsirini göstərir.
Cavid Mirzəyev: Mərkəzi Bankın yeni qərarı bankın kredit portfelinə təsir etməyib
FED.az biznes və maliyyə xəbərləri portal xəbər verir ki, bu barədə “Kapital Bank”ın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair mətbuat konfransında FED.az-ın sualını cavablandıran bankın İdarə Heyəti sədrinin birinci müavini Cavid Mirzəyev məlumat verib.
Onun sözlərinə görə, 2025-ci ilin birinci rübündə qeyri-iş günlərinin sayının çox olması ödənişlərə təsir edir: «Bu ilin birinci rübündə qeyri-iş günlərinin sayı çox oldu, bayram günlərində müştərilərin kredit ödənişlərində gecikmələri müşahidə edirik».
C.Mirzəyev bildirib ki, bu gecikmələr mövsümü xarakter daşıyır: «Qeyri-iş günlərində müştərilərinin ödəniş etməməsi, bank sisteminin bağlı olması gecikmələrin olması ilə nəticələnir. Bu, texniki məqamlardır. Ümumiyyətlə isə biz kredit portfelinin keyfiyyətində pisləşmə görmürük. Bankdakı risk idarəetmələri, risk modelləri imkan verir ki, kredit portfelimizi stabil, adekvat və qənatəbəxş şəkildə saxlayaq».














